16:37 / 28-03-2025
İmişlidə zəlzələ olub
12:02 / 28-03-2025
Sabah yağış yağacaq
18:50 / 27-03-2025
Ad günü - Hekayə
Süni intellekt saatı öyrənə bilmir
Tarix: 26-03-2025 09:40 | Bölmə: Cəmiyyət
Süni intellekt saatı öyrənə bilmir

Ən qabaqcıl hesab edilən süni intellektin modelləri məktəbli uşaqlar üçün verilən tapşırıqların öhdəsindən gələ bilməyib.

Reyting.az
-ın məlumatına görə, 6-7 yaşında olan əksər uşaqlar həmin tapşırıqların cavablarını çox dəqiq bilsələr də, sınaq zamanı məlum olub ki, süni intellekt hazırlıqlı görünsə belə, yenə bu mərhələyə çatmayıb.

Şotlandiyada Edinburq Universitetinin tədqiqatçıları mətnləri, şəkilləri emal edə biləcək multimodal böyük dil modellərin sınağını keçiriblər. Alimlər əldə olunmuş nəticələri gördükdə isə bunun tamamilə gözlənilməz olduğunu etiraf ediblər.

Tədqiqatlar nəticəsində məlum olub ki, süni intellektin formalaşdırdığı böyük dil modellərinin yalnız 25 faizində saat oxunuşlarını tanıya bilirlər.

Tədqiqatçılar deyiblər ki, onlar əvvəlcə süni intellektin göstəricilərini dəqiqliklə yoxlamaq üçün müxtəlif növlü saatların dizaynlarından, Roma nömrələrindən və ikinci oxlarla, həmçinin əqrəbdiz, müasir, rəngli saatları sınaqdan keçiriblər. Ancaq əldə edilmiş nəticələr hətta alimləri belə təəccübləndirib. "Google", eləcə də "Openai" , "Antropik" və digərlərinin süni intellekt sistemləri verilən tapşırığı yerinə yetirən zaman məlum olub ki, bu şirkətin fəaliyyətdə olan süni intellektləri siferblatdakı fırlanan oxların mövqelərini dördündən birini düzgün müəyyənləşdirə bilir.

Sınaqlar zamanı süni intellekti daha çox çaşdıran Rum rəqəmləri ilə işləyən, eləcə də daim əqrəbləri hərəkətdə olan saatlar olub. Tədqiqatçılar bildiriblər ki, şagird səviyyəsindən aşağı göstəricilər nümayiş etdirən süni intellekt saatlardakı vaxtı və dəqiqəni, saniyəni tanınma sınaqlarında çoxlu səhvlərə yol veriblər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
Dünən, 12:02 Sabah yağış yağacaq
23-03-2025, 12:40 Sabah yağış yağacaq
21-03-2025, 09:45 Rayonlara qar yağıb