00:03 / 30-03-2025
Bu gün Ramazan bayramıdır
16:46 / 29-03-2025
Sara - Akif Abbasov yazır
16:31 / 29-03-2025
USAID-in taleyi məlum olub
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
Tarix: 27-03-2025 16:38 | Bölmə: Cəmiyyət
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində duman, az çiskin olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 17-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.




Bölməyə aid digər xəbərlər
28-03-2025, 12:02 Sabah yağış yağacaq
23-03-2025, 12:40 Sabah yağış yağacaq
21-03-2025, 09:45 Rayonlara qar yağıb