08:22 / 21-05-2025
NATO parçalana bilər
Yasamalda ağacları doğrayan şirkət 117 min manat cərimələnib
Tarix: 27-03-2025 18:21 | Bölmə: Cəmiyyət
Yasamalda ağacları doğrayan şirkət 117 min manat cərimələnib

Bakının Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Reyting.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117 060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq