14:10 / 02-04-2025
Sabah yağış yağacaq
Endokrinoloji Mərkəzin direktoru işdən çıxarılıb
Tarix: 01-04-2025 10:46 | Bölmə: Cəmiyyət
Endokrinoloji Mərkəzin direktoru işdən çıxarılıb

Respublika Endokrinoloji Mərkəzinin direktoru Nərmin İsmayılova vəzifəsindən azad edilib.

Reyting.az
"Qaynarinfo"-ya istinadla xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.

Vüqar Qurbanovun digər əmri ilə sözügedən vəzifəyə Kəmalə Ağayeva gətirilib.

Xatırladaq ki, ötən ay Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başladığı, müvafiq şikayət əsasında artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalar aparıldığı bildirilirilib.

Qeyd olunub ki, yoxlamalara cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 14:10 Sabah yağış yağacaq
28-03-2025, 12:02 Sabah yağış yağacaq