Yas mərasimində evin eyvanı uçub, xəsarət alanlar var
Tarix: 08-04-2025 09:31 | Bölmə: Cəmiyyət
Yas mərasimində evin eyvanı uçub, xəsarət alanlar var

Göyçayda yas mərasimində evin eyvanı uçub.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb.

Evdə yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub.

Nəticədə, 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər