Sabah Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Tarix: 08-04-2025 18:04 | Bölmə: Cəmiyyət
Sabah Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Sabah Bakının Yasamal və Xəzər rayonlarının bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

Reyting.az
“Azəriqaz” İstehsalat Birliyinə istinadla xəbər verir ki, Yasamal rayonu, Landau küçəsində qeyri-yaşayış binasına təbii qazın verilməsi, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması məqsədi ilə aprelin 9-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonu üzrə K.Kazımzadə, Ə.Ələkbərov, Landau, A.Sultanova, H.Cavid, M.Rahim küçələrinin, Xəzər rayonu üzrə isə R.Axundov, A.Mirzəyev, Dənizkənarı küçələrinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.




Bölməyə aid digər xəbərlər