Lökbatanda vulkan püskürüb - Foto
Tarix: 09-04-2025 13:21 | Bölmə: Cəmiyyət
Lökbatanda vulkan püskürüb

Lökbatan palçıq vulkanında növbəti püskürmə olub. Püskürmə 09 aprel 2025-ci ildə, yerli vaxtla saat 04:04-də baş verib. Vulkan püskürməsi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi tərəfindən qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildiriblər.

Məlumata görə, püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada baş verib. Birinci faza yerli vaxtla 04:04-də, ikinci faza saat 05:20-də, üçüncü faza saat 05:31-də qeydə alınıb.

Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km-də olub.





Bölməyə aid digər xəbərlər