Sabirabadda güclü yanğın: xəsarət alanlar və tüstüdən zəhərlənənlər var
Tarix: 10-04-2025 09:36 | Bölmə: Cəmiyyət
Sabirabadda güclü yanğın: xəsarət alanlar və tüstüdən zəhərlənənlər var

Sabirabad rayonunda 3 otaqlı ev yanıb, 2 nəfər tüstüdən zəhərlənib.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, rayonun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib.

Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Bölməyə aid digər xəbərlər