Şəmkirdə iki ədəd əl qumbarası tapılıb
Tarix: 10-04-2025 12:04 | Bölmə: Cəmiyyət
Şəmkirdə iki ədəd əl qumbarası tapılıb

Şəmkirdə iki ədəd əl qumbarası aşkar edilib.

Məlumata görə, Şəmkir şəhəri ərazisində su arxının kənarında 2 ədəd "F-1" əl qumbarası tapılıb.

Polis əməkdaşları və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə gəlib və əl qumbaraları götürülüb.

Faktla bağlı araşdırma aparılır(Report).




Bölməyə aid digər xəbərlər