Natəvan Bayramova vəzifədən ayrılıb
Tarix: 10-04-2025 12:20 | Bölmə: Cəmiyyət
Natəvan Bayramova vəzifədən ayrılıb

Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova vəzifədən ayrılıb.

Reyting.az
xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Bildirib ki, artıq ərizəsini Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova təqdim edib: "Əziz dostlar, artıq iki ildir fəaliyyət göstərdiyim Dövlət Miqrasiya Xidmətindəki işimdən öz xahişimlə ayrıldım. Bu illər ərzində mənə dəstək, kömək olan hər kəsə öz təşəkkürümü bildirirəm. İnşallah yeni başlanğıclarda yenidən görüşmək diləyi ilə...".

Qeyd edək ki, Natəvan Bayramova bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilmişdi.

2019-cu ildən 2022-ci ilin dekabr ayınadək isə o, "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.

N.Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr dərəcəsi alıb.

Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər-elm və təhsil departamentinin direktor müavini işləyib.

Dövlət orqanlarında müxtəlif vəzifələrdə iş təcrübəsinə malikdir.

Fəaliyyəti ilə əlaqədar bir neçə beynəlxalq və yerli mükafatlara layiq görülüb.

Ailəlidir, iki övladı var.




Bölməyə aid digər xəbərlər