Nardaranda bağ evlərindən oğurluq edənlər tutulub
Tarix: 10-04-2025 16:26 | Bölmə: Cəmiyyət
Nardaranda bağ evlərindən oğurluq edənlər tutulub

Bakının Sabunçu rayonu Nardaran qəsəbəsində bağ evlərindən 150 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki evdən 150 min manat dəyərində qızıl, kameranın yaddaş qurğusu, noutbuk və digər dəyərli əşyaların oğurlanması üzrə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsi müəyyən ediblər. Cinayəti törədən şəxs - əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı Seymur Talıbov saxlanılıb. O, ifadəsində qeyd edilən əməli törətdiyini və qızıl-zinət əşyalarını hissələrə ayıraraq satmağı planlaşdırdığını etiraf edib.

Polis əməkdaşları tərəfindən S.Talıbovun oğurladığı əşyaların bir hissəsi gizlədilən yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər