“Azərbaycan Dəmir Yolları”nda daha bir təyinat olub
Tarix: 14-04-2025 09:53 | Bölmə: Cəmiyyət
“Azərbaycan Dəmir Yolları”nda daha bir təyinat olub

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyinat olub.

Məlumata görə, bu vəzifəyə Turxan Əhməd təyin edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb. T.Əhməd bu gündən vəzifəsinin icrasına başlayıb. O, bundan öncə bp Azərbaycan şirkətində çalışıb.

Qeyd: 2024-cü ilin fevralında ADY-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova nöqsanlara görə vəzifəsindən azad edilib(Pravda).




Bölməyə aid digər xəbərlər