Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək
Tarix: 14-04-2025 11:16 | Bölmə: Cəmiyyət
Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Reyting.az
xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

"Peşə təhsili haqqında" qanuna da uyğunlaşdırma xarakterli dəyişiklik edilib.

Bu Qanun 2025-ci il sentyabrın 15-dən qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər