36 məktəb direktoru işdən çıxarılıb
Tarix: 15-04-2025 17:55 | Bölmə: Cəmiyyət
36 məktəb direktoru işdən çıxarılıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ötən il müxtəlif istiqamətlər üzrə təhsil müəssisələrini əhatə edən 4 743 monitorinq keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bidlirilib ki, monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 96 nəfərə töhmət, 34 direktora isə xəbərdarlıq elan edilib.

Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb.

Bu həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək.




Bölməyə aid digər xəbərlər