15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Ağsuda sel ekskavatoru aşırıb: 3 nəfər xəsarət alıb, sahə rəisi isə ölüb
Tarix: 16-04-2025 15:38 | Bölmə: Cəmiyyət
Ağsuda sel ekskavatoru aşırıb: 3 nəfər xəsarət alıb, sahə rəisi isə ölüb

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məumat yayyıb.

Bildirilib ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər - 1982-ci il təvəllüdlü Qazax rayon sakini Bəxtiyar Abdullayev, Gədəbəy rayon sakini Bəxtiyar Qasımov (1988) və Cəbrayıl rayon sakini Elnur Salahov (1992).xəsarət alıb.

Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.




Bölməyə aid digər xəbərlər
16-04-2025, 13:01 Sabah yağış yağacaq