20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Şəhid Mübariz Hüseynovla vida mərasimi keçirilib
Tarix: 18-04-2025 11:03 | Bölmə: Cəmiyyət
Şəhid Mübariz Hüseynovla vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid hərbi qulluqçu Mübariz Sabəddin oğlu Hüseynovla vida mərasimi keçirilib.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşinin qalıqları Bakı şəhəri Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Mübariz Hüseynov 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin (Kalinino rayonu) Qızıl-Şəfəq kəndində anadan olub. O, 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.




Bölməyə aid digər xəbərlər
Dünən, 14:30 Sabah yağış yağacaq