15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
"Yeni Klinika"nın mətbuat katibi vəzifədən ayrılıb
Tarix: 18-04-2025 11:49 | Bölmə: Cəmiyyət
"Yeni Klinika"nın mətbuat katibi vəzifədən ayrılıb

"Yeni Klinika"nın mətbuat katibi Nuridə Allahyarova vəzifədən ayrılıb.

Reyting.az
xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

Açıqlamada deyilir: "Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim ən böyük qazancım bu oldu. Nə zamansa hansısa həkimi qınamışamsa üzr istəyirəm, mən iki il dözdüm, onlar bir ömür boyu bu peşəni layiqincə, səbrlə daşıyırlar. Bütün həmkarlarıma mənə bu yolda şərtsiz dəstək olduqları üçün minnətdaram. TƏBİB və Yeni Klinika komandasına təşəkkür edirəm. Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu, onlar da sağ olsun ki, küsülü olsaq da, heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilər. Xəstəlik qorxulu deyil, onu "Yeni Klinika"da müalicə edəcəklər, qorxulu olan ədalətsizlikdir, onun müalicəsi yoxdur".




Bölməyə aid digər xəbərlər
16-04-2025, 13:01 Sabah yağış yağacaq