07:40 / 21-04-2025
TBMM heyəti Moskvaya gəlib
Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub
Tarix: 21-04-2025 00:11 | Bölmə: Cəmiyyət
Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub

Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub.

Məlumata görə, hadisə Ələt-Astara magistral yolunda, “Yolüstü” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Lakin hadisə yerinə avtomobili qaldırmaq üçün gələn kranın trosu qırılıb və nəqliyyat vasitəsi sürücünün üzərinə düşüb. Nəticədə Quliyev Sədrəddin hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
16-04-2025, 13:01 Sabah yağış yağacaq