Həştərxan vilayətində qeyri-adi balıq tutublar - Foto
Tarix: 21-04-2025 09:32 | Bölmə: Cəmiyyət
Həştərxan vilayətində qeyri-adi balıq tutublar

Həştərxan vilayətində qeyri-adi və qızılı rəngli Çapaq balığı tutulub. Yerli əhalinin inancına görə, belə bir nadir balığı tutan şəxs ancaq arzu etdikdən sonra onu suya buraxmalıdır. Lakin həştərxanlı balıqçının üç arzusunu səsləndirmək fikri olmayıb. O, deyib ki, böyük məmnuniyyətlə "diləkləri gerçəyə çevirən bu canlı, qızıl əfsanənin" dadına baxmaq istəyir.

Reyting.az
-ın məlumatına görə, mütəxəssislər bildiriblər ki, mövcud qanuna əsasən, ümumiyyətlə, bu il nəinki qızılı Çapaq balığı, həmçinin digər balıqları da ovlamaqdan çəkinmək və onları suya buraxmaq lazımdır.

Bir çox balıq növlərinin azaldığı, hətta bəzilərinin artıq nəslinin kəsilməsi təhlükəsi yaşadığı belə çətin dövrdə bütün növ dəniz canlılarını artırmaq və müxtəlif balıqları ovçulardan qorumağa çalışdıqlarını bəyan edən yerli hakimiyyət nümayəndələri bildiriblər ki, rayonda ilin sonuna kimi Çapaq balığının tutulmasına tamamilə qadağa qoyulub.



Nadir, qızılı rəngli Çapaq balığının, yaxud Xəzər külməsi növünün ona xas olmayan belə bir rəng almasını yerli mütəxəssislər ancaq hormonal reaksiyaların pozulması ilə əlaqələndiriblər.

Bu qızılı rəngli "arzu" balığının üzərində araşdırma aparan rusiyalı tədqiqatçıların fikrincə, tamamilə nadir bir fenomen kimi balıqda baş verən dəyişikliklər xromosom aberrasiyası adlanır.

Alimlər qeyd ediblər ki, Çapaq balığındakı aberrasiya qara və yaxud qızılı rəng də ola bilərdi.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
16-04-2025, 13:01 Sabah yağış yağacaq