Cəlilabadda avtomobil qəzası: yaralananların sayı 8-ə çatıb
Tarix: 04-09-2025 17:49 | Bölmə: Cəmiyyət
Cəlilabadda avtomobil qəzası: yaralananların sayı 8-ə çatıb

Cəlilabad rayonunda ağır avtomobil qəzası baş verib.

Hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.

"Mercedes" ilə "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində aralarında azyaşlılar da olmaqla, altı nəfər xəsarət alıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (4 qadın, 4 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata əsasən, yaralılara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.

1978-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər yeddi şəxsin müalicəsi tibbi müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir(Report)




Bölməyə aid digər xəbərlər