Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Tarix: 21-04-2025 18:51 | Bölmə: Cəmiyyət
Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

22-24 aprel tarixlərində əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Reyting.az
Milli Hidrometeorologiya Xidmətinə istinadla bildirir ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.




Bölməyə aid digər xəbərlər
16-04-2025, 13:01 Sabah yağış yağacaq