Sərnişin təyyarəsi uçuş zolağında alışıb
Tarix: 22-04-2025 08:04 | Bölmə: Cəmiyyət
Sərnişin təyyarəsi uçuş zolağında alışıb

Göyərtəsində 282 sərnişinin olduğu təyyarənin mühərriki qəfil alışıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Deyilir ki, ABŞ-nın Orlando şəhərindəki beynəlxalq hava limanında içərisində 282 sərnişin və 12 ekipaj üzvünün olduğu “Airbus A330” sərnişin təyyarəsi yanıb. Hadisə uçuş-enmə zolağında baş verib. Xilasetmə xidmətləri qısa müddətdə yanğını lokallaşdırıblar. Sərnişinlər “yastıq” traplardan istifadə edilərək təxliyə olunublar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər