16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
Abşeronda kredit adıyla bank kartından oğurluq edilib
Tarix: 22-04-2025 17:05 | Bölmə: Cəmiyyət
Abşeronda kredit adıyla bank kartından oğurluq edilib

Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib.

Reyting.az
xəbər verir ki, rayon sakini sosial şəbəkələrdə kredit vəd edən səhifələrin birinə müraciət ünvanlayaraq həmin səhifəyə bank kartı məlumatlarını göndərib. Həmin səhifə idarəçisi tərəfindən zərərçəkənin kartındakı 990 manat maddi vəsaiti talanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı K.Əmirahlı müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyindən əhaliyə müraciət edilərək bildirilib ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla üzləşən vətəndaşlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar:

"Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edilməlidir. Belə saxta və imitasiyalı məlumatlara etibar etməməyiniz tövsiyə olunur".




Bölməyə aid digər xəbərlər