12:45 / 23-04-2025
Sabah yağış yağacaq
09:51 / 23-04-2025
Çaylarda sululuq artıb
Lerikdə əməliyyat keçirilib, saxlanılanlar var
Tarix: 23-04-2025 09:32 | Bölmə: Cəmiyyət
Lerikdə əməliyyat keçirilib, saxlanılanlar var

Lerikdə əməliyyat keçirilib.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən 32 yaşlı Nurlan Alızadə, 30 yaşlı Binnət Eyvazlı və 31 yaşlı Nurlan Bəşirov saxlanılıblar.

Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:45 Sabah yağış yağacaq