İrandan Azərbaycana narkotik keçirənlər saxlanılıb
Tarix: 23-04-2025 11:24 | Bölmə: Cəmiyyət
İrandan Azərbaycana narkotik keçirənlər saxlanılıb

Aprel ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçirilməsinin qarşısı alınıb.

Reyting.az
DSX-yə istinadla xəbər verir ki, sərhəd zastavası dərhal “Silaha!” komandası ilə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "54-BK-650" dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobillə həmin istiqamətə hərəkət edən Masallı rayon sakinləri – 1996-cı il təvəllüdlü Mehrəliyev Namik Hamil oğlu, 1993-cü il təvəllüdlü Babayev Peyman Əhməd və Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Cavadov Məhəmməd Rəşid oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitəni götürmək məqsədilə əraziyə gəldikləri müəyyən olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq