Gəncədə məktəblilər arasında növbəti dava düşüb
Tarix: 23-04-2025 14:09 | Bölmə: Cəmiyyət
Gəncədə məktəblilər arasında növbəti dava düşüb

Gəncədə 2 şagird arasında mübahisə düşüb.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, hadisə Gəncə şəhər İ. Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinin 4-cü sinfində oxuyan 2 şagirdi arasında mübahisə düşüb, onlardan biri xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, Gəncə şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə olub: "Bununla bağlı ekspertiza təyin olunub, məsələyə aparılan araşdırmadan sonra hüquqi qiymət veriləcək"

Qeyd edək ki, mübahisə edənlər eyni sinfin şagirdləridir.

Xatırladaq ki, ötən gün Gəncə şəhərində yerləşən daha bir məktəbdə də şagirdlər arasında mübahisə düşüb, 1 nəfər xəsarət alıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq