Məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq
Tarix: 24-04-2025 15:36 | Bölmə: Cəmiyyət
Məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq

Sentyabr ayından etibarən məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq.

Reyting.az
xəbər verir ki, bunu MÜTDA-nın Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.

Onun sözlərinə görə, hazırda 426 məktəb elektron jurnaldan istifadə edir.

Sektor müdiri əlavə edib ki, rəqəmsallaşdırmanın əsas məqsədi kağız daşıyıcılardan istifadəni ləğv etməkdir: "Rəqəmsal məktəb" platforması gözlənilən effekti versə, sentyabr ayından kağız jurnalların istifadəsi dayandırılacaq".(APA)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:45 Sabah yağış yağacaq