Növbəti iki gündə bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
Tarix: 24-04-2025 16:54 | Bölmə: Cəmiyyət
Növbəti iki gündə bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq

Bəzi şimal və qərb rayonlarında aprelin 25-i, dağlıq ərazilərdə isə 26-sı gündüz hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki) yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:45 Sabah yağış yağacaq