Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 31-05-2016 12:42 | Bölmə: Cəmiyyət / Xəbərlər

Mayın 27-də Xırdalan şəhərində müdhiş
cinayət hadisəsi baş verib.
Təxminən 20 nəfər gənc şəhərin mərkəzində yerləşən
(Heydər Parkı ilə üzbəüz) "Park” adlı kafeyə hücum ediblər.
Reyting.az saytı AzNews.az-a istinadən bildirir ki,
sərxoş vəziyyətdə olan dəstə üzvləri kafeni darmadağın edərək, sahibkara külli
miqdarda ziyan vurublar. Bundan sonra obyektə rəhbərlik edən iki gənci kafedən
çıxararaq, yolun ortasında vəhşicəsinə döyüblər. Kafedə ofisiant işləyən gənc
xanımı isə avtomobilə oturdaraq aradan çıxıblar.
Əllərində bıçaqlar oynadan mütəşəkkil dəstənin bu xuliqanlığı
parkda istirahət edənlərin, eləcə də ətrafda yaşayanların təşvişinə səbəb olub,
hadisə yerinə çoxlu insanlar yığışıb. Buna görə də şəhərin əsas yollarından
biri yarım saat ərzində bağlı qalıb. Maraqlıdır ki, yerli polisin 24 saat
xidmət aparmalı olduğu ərazidə baş verən bu biabırçı olay onların gözündən
"yayınıb”. Yalnız sakinlərin 102 xidmətinə zəngindən sonra əraziyə Post
Patrul Xidmətinin əməkdaşları gəlib. Həmin vaxta qədər isə dəstə üzvləri
avtomobillərinə əyləşərək aradan çıxıblar.
Şahidlərin bildirdiyinə görə, hadisə yerinə gələn polislər, müəyyən sorğu-sualdan sonra dəstə üzvlərini tanıdıqlarını deyiblər. Bildiriblər ki, həmin dəstə Abşeron ərazisində tez-tez belə hadisələr törədir, özlərini kriminal avtoritetlər kimi təqdim edirlər, "söhbətlərə” gedirlər. Guya, dəstəyə Kamran adlı bir şəxs rəhbərlik edir.
Polislər söhbət əsnasında onu da bildiriblər ki,
həmin şəxs bir müddət əvvəl ev yarmaqda suçlu bilinərək bir aylıq həbs olunub.
Məsələ ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin növbətçi
hissəsi ilə əlaqə saxladıqda isə, bununla bağlı heç bir açıqlama vermək istəməyiblər.







Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər