Əli Əhmədovun oğlu baş həkim təyin olunub
Tarix: 16-02-2026 16:15 | Bölmə: Xəbərlər

Əli Əhmədovun oğlu baş həkim təyin olunub

Nizami Tibb Mərkəzinə yeni baş həkim təyin olunub.

Reyting.az “Unikal”a istinadla xəbər verir ki, müvafiq əmrə əsasən, baş həkim vəzifəsinə Fikrət Əhmədov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib.

44 yaşlı yeni baş həkim 2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Urologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, F. Əhmədov Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun oğludur.





Bölməyə aid digər xəbərlər