52 yaşlı şəxsin qətlində kürəkən şübhəli bilinir
Tarix: 16-02-2026 15:35 | Bölmə: Xəbərlər

52 yaşlı şəxsin qətlində kürəkən şübhəli bilinir

Cəlilabadda qətl hadisəsi baş verib.

Reyting.az APA-ya istinadla bildirir ki, hadisə fevralın 16-da saat 13 radələrində Cəlilabad rayonu ərazisində qeydə alınıb. Rayon sakini 52 yaşlı Azər Baxşiyev kəsici alətlə aldığı xəsarətdən xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən qətli törətməkdə şübhəli bilinən şəxsin qayınatasıdır.

Araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər