Robotları müəssisələrdə işləməyə göndəriblər
Tarix: 19-11-2025 00:24 | Bölmə: Cəmiyyət
Robotları müəssisələrdə işləməyə göndəriblər

Şenzhen şəhərindəki "UBTech Robotics" şirkəti Çin texnologiya tarixində ilk dəfə yüzlərlə "Walker S2" humanoid robotunu sənaye müəssisələrinə işləməyə göndərib. Şirkətdən bildiriblər ki, noyabr ayının ortalarından istehsal sürətlənib və ilk humanoid robotu partiyası artıq əlavə işçi qüvvəsinə ehtiyacı olan yerli, həm də xarici tərəfdaşlara çatdırılıb.

Reyting.az
xəbər verir ki, sifarişçilər arasında "BYD", "Geely Auto", "FAW-Volkswagen" və "Dongfeng Liuzhou Motor" kimi beynəlxalq arenada markaları ilə tanınmış aparıcı avtomobil istehsalçıları var.

Məlumata görə, ilk sınaqlar robotların laboratoriyadan kənarda, fabriklərdə, eləcə də anbarlarda stabil, qüsursuz işlədiyini göstərib.

"Walker S2" modelindən olan humanoid robotun əsas üstünlüyü onun batareyanı insan müdaxiləsi olmadan asanlıqla, həm də bir neçə dəqiqə ərzində dəyişmək bacarığıdır ki, bu da, dayanma müddətini tamamilə minimuma endirir.

Çinin "UBTech Robotics" şirkətinin təmsilçiləri deyiblər ki, belə bir dəqiq üstünlük, cəld və bacarıqla çalışmaq yeni robotlara həm də uzunmüddətli fasiləsiz növbələrdə işləməyə imkan verir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər