20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
"Özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır"
Tarix: 14-05-2019 11:58 | Bölmə: Cəmiyyət
"Özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır"

Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdinin vəziyyəti orta-ağırdır".

Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov deyib.

Onun sözlərinə görə, uşağın diz qapağında yerini dəyişməyən sınıq və dirsək oynağında isə daha bir sınıq var: "Hazırda reanimasiyadadır. Şagirdin vəziyyəti orta-ağırdır və sabitdir".

Qeyd edək ki, mayın 13-də Bakı şəhəri 273 nömrəli tam orta məktəbin VIII sinif şagirdi özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Məktəbdən bildirilib ki, şagird dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər