09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Cadugərlər deputatlığa namizədlər üçün sehrli maye hazırlayıb - Foto
Tarix: 14-05-2019 13:59 | Bölmə: Cəmiyyət
Cadugərlər deputatlığa namizədlər üçün sehrli maye hazırlayıb

Rumıniya cadugərləri parlament seçkiləri ərəfəsində müştəri sarıdan korluq çəkmir.

Reyting.az
“Euronews” saytına istinadla xəbər verir ki, 8 nəfərdən ibarət qaraçı qadınlar qrupu magiya vasitəsi ilə bir sıra namizədlərin Avropa Parlamentində təmsil olunmasına yardım edirlər.

Cadugər Mixaila Minka deyib:

“Biz qrup halında dualar oxuyuruq. Namizədlərin rumın xalqı üçün yaxşı qərarlar qəbul etməsi üçün onların zəkalarını işıqlandırırıq”.

Minkanın sözlərinə görə, qızı ilə birlikdə sehrli maye hazırlayır. “Bu maye mayın 25-də Rumıniya hökumətinin binasına səpiləcək”.

Xatırladaq ki, hazırda Rumıniya Avropa Parlamentinə sədrlik edir.

Cadugərlər deputatlığa namizədlər üçün sehrli maye hazırlayıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq