20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
“Lotu Quli”nin adamını öldürən iki azərbaycanlı... - Rusiyadan ekstradisiyalarını tələb edirlər
Tarix: 29-05-2019 15:37 | Bölmə: Cəmiyyət
“Lotu Quli”nin adamını öldürən iki azərbaycanlı... - Rusiyadan ekstradisiyalarını tələb edirlər

Tbilisidə qətl törətməkdə təqsirləndirilən və Rusiyada həbs olunmuş Emin Əhmədov və Hüseyn İskəndərov Gürcüstana ekstradisiyalarını tələb edirlər.

Bu barədə onların vəkilləri Nika Sadradze və Maqamed İsmayılov keçirdikləri brifinqdə bildiriblər.

Vəkillərin sözlərinə görə, müdafiə etdikləri şəxslər 2017-ci ilin sentyabrında Tbilisinin Ortaçala rayonunda Elşən Məmmədovu qətlə yetirməkdə ittiham olunurlar.

N.Sadradze deyib ki, iş üzrə ittiham Gürcüstanın Cinayət Məcəlləsinə əsasən irəli sürülüb: “Elşən Məmmədov Rusiya vətəndaşı olduğundan cinayətin istintaqı Gürcüstanla yanaşı, Rusiyada da aparılır”.

Vəkil E.Əhmədov və H.İskəndərovun hazırda Sankt-Peterburqda təcridxanada saxlanıldıqlarını söyləyib: “Rusiya tərəfi müttəhimləri Gürcüstana ekstradisiya etmir. Cinayət işi üzrə istintaq Gürcüstanda başladığına görə, hər iki şəxs Gürcüstanda mühakimə olunmalıdır”.

Qeyd edək ki, Tbilisidə qətlə yetirilən E.Məmmədov “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovun yaxın adamı olub.

E.Əhmədov və H.İskəndərov Rusiya vətəndaşlarıdır. Rusiya qanunvericiliyinə əsasən, cinayətin ağırlığına baxmayaraq, ölkə vətəndaşı xaricə ekstradisiya oluna bilməz/Report.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər