20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ramil Usubov ciddi nöqsanlara yol verən rəisi işdən çıxardı
Tarix: 30-05-2019 18:02 | Bölmə: Cəmiyyət
Ramil Usubov ciddi nöqsanlara yol verən rəisi işdən çıxardı

Azərbaycanda polis rəisi xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.

Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev mövcud qanunvericiliyinin tələblərini kobud şəkildə pozduğu üçün daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Hazırda nazirlik tərəfindən idarədə daxili yoxlama aparılır.

Məlumata görə, K.Quliyev 10-dan çox xarici vətəndaşa saxta yolla Azərbaycan dövlətinə məxsus şəxsiyyət vəsiqəsi satıb.

Qafqazinfo




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər