16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim keçirəcək
Tarix: 30-05-2019 19:10 | Bölmə: Cəmiyyət
Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim keçirəcək

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb.

Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.

“Ümid” körpüsü üzərində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}