Azərbaycanlı ailəni amansızlıqla öldürüb, oğluna qisas məktubu yazdılar
Tarix: 07-06-2019 14:56 | Bölmə: Cəmiyyət
Azərbaycanlı ailəni amansızlıqla öldürüb, oğluna qisas məktubu yazdılar

Ötən gecə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda orta yaşlarında olan azərbaycanlı ər-arvad qətlə yetirilib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, hər iki şəxs küt alətlə xüsusi amansızlıqla öldürülüb.

Ər-arvadın sifət nahiyələri tanınmaz hala salındığından qohumları onları tanımaqda çətinlik çəkiblər.

Azərbaycanlı ər-arvadın Qardabanidə kiçik biznesinin olduğu bildirilir. Öldürülən həmin şəxslər rayonun Aşağı Kəpənəkçi kənd sakinləri İskəndər Musayev və Şəfiqə Musayevadır.Hadisənin təfərrüatı barədə hələ ətraflı məlumat verilmir.

Onların oğlu Rusiyada yaşayır.

Qətli törədən şəxs, yaxud şəxslər evdən heç nə oğurlamayıblar. Qohumları iddia edirlər ki, qətlə səbəb intiqam olub. Belə ki, evin divarında “Tez gəl, səninlə hesablaşaq!” sözləri yazılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər