13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Tələbə yol qəzasında öldü
Tarix: 30-06-2019 15:08 | Bölmə: Cəmiyyət
Tələbə yol qəzasında öldü

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az apa-ya istinadən bildirir ki, hadisə Qobustan rayonunun Acıdərə kəndi ərazisindən keçən hissəsində baş verib.

"VAZ 2106" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ 2106" markalı avtomobildəki sərnişin, Qobustan rayonu, Təklə kənd sakini, 18 yaşlı Mürvət Nəbiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, Mürvət Nəbiyev Azərbaycan Dövlət Dillər Universitetinin ikinci kurs tələbəsidir.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq