18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Şəki Xan Sarayında faciə: 19 nəfər yaralandı - Bakıdan həkim heyəti göndərildi
Tarix: 14-07-2019 14:06 | Bölmə: Cəmiyyət
Şəki Xan Sarayında faciə: 19 nəfər yaralandı - Bakıdan həkim heyəti göndərildi

Şəki Xan Sarayının həyətində faciə baş verib.

Reyting.az
Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, sarayın həyətindəki yaşı 500-ə yaxın olan çinar ağacının budağı qırılıb:

"Baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir".

Nazirlikdən bildirilib ki, xəstəxanaya yerləşdirilən 2 nəfərə görə Bakıdan Şəkiyə yüksək ixtisaslı mütəxəssislər göndərilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər