18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycandakı dini vəziyyət Vaşinqtonda müzakirə olunacaq
Tarix: 15-07-2019 12:10 | Bölmə: Cəmiyyət
Azərbaycandakı dini vəziyyət Vaşinqtonda müzakirə olunacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-a səfərə gedib.

Dövlət Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 16-18-də Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərində keçiriləcək Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edəcək.

Konfrans çərçivəsində “Azərbaycan – dini tolerantlıq modeli” mövzusuna həsr olunan "dəyirmi masa"nın təşkili planlaşdırılır. ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun da iştirak edəcəyi konfransa 100-dən artıq ölkə və 10-dan çox beynəlxalq təşkilatdan təmsilçilər, hökumət nümayəndələri, nazirlər, vətəndaş cəmiyyəti üzvləri, nüfuzlu din xadimləri və dini liderlər qatılacaqlar.

Nümayəndə heyətinin səfəri iyulun 21-də başa çatacaq.

Qeyd edək ki, sayca ikinci dəfə keçiriləcək konfransda Azərbaycan ilk dəfədir iştirak edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər