Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 13-07-2016 15:57 | Bölmə: Cəmiyyət / Xəbərlər
"Müxtəlif növ sınaq imtahanları, dövlət qulluğuna qəbul imtahanları - bunlar hamısı yalnız dövlət rüsumu əsasında aparılır. İmtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc bizə dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək. Ona görə də hər bir şəxs pulu özü ödəyəcək”.
Reyting.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Trend-ə müsahibə zamanı deyib.
Onun sözlərinə görə, ödənişli əsaslarla imtahanların keçirilməsi bu ilə aid
deyil.
"Hər bir kəs imtahan vermək üçün şəxsiyyət vəsiqəsi ilə iş nömrəsi götürür və
buna görə dövlətə 2 manat rüsum ödəyir. Bu il aparacağımız bütün imtahanların
dövlət rüsumu əvvəl olduğu kimi qalacaq. Söhbət müxtəlif növ qəbul
imtahanlarından, yəni bütün təhsil pillələrinə qəbul imtahanlarından gedir ki,
onlar da pullu olmalıdırlar”.
M.Abbaszadə
bildirib ki, müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir.
"Elə imtahanlar var ki, bu xərc daha çoxdur. Bu, o imtahanlardır ki, orada
iştirakçıların sayı az olur. Məsələn, kütləvi imtahanlarla müqayisədə
rezidentura imtahanlarının keçirilməsinə daha çox pul xərclənir. Kütləvi
imtahanlar olanda xərclənən pul iştirakçıların sayına görə bölünür, ona görə də
xərclər bir az azalırdı.
Amma elə də böyük imtahan olmayanda - iştirakçıların sayı 1000-2000 nəfər
olanda xərclər təbii ki, artır. Biz indi bununla əlaqədar müəyyən arayışlar
hazırlayırıq. Bu arayışları müəyyən bir sənəd kimi Tarif Şurasına təqdim
etməliyik. Tarif Şurasında bu sənədlərə baxılmalıdır.
Təbii ki, müəyyən imtahanlar dövlət hesabına aparılmalıdır. Bu, buraxılış
imtahanlarıdır, attestasiya da pulsuz olmalıdır. Çünki buraxılış imtahanları
yekun attestasiyadır və ölkədə 11 illik təhsil pulsuzdur”.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər