18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
DMX rəisi: "Bu il Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul olunub"
Tarix: 18-07-2019 12:38 | Bölmə: Cəmiyyət
DMX rəisi: "Bu il Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul olunub"

"Bu il Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daimi yaşamaq üçün icazə almaq istəyənlərin sayında 31 faiz azalma müşahidə olunub. Bu icazələr üçün əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrin vətəndaşları müraciət edib".

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycanda daimi yaşamaq üçün 1 694 nəfərə icazə verilib: "Onlardan 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna və İran vətəndaşlarıdır".

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər