21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Ağrını bütün bədənlərində hiss edənlərin taleyi
Tarix: 20-07-2019 01:09 | Bölmə: Cəmiyyət

Narkomaniya həm də digər xəstəliklərin ötürücüsüdür. Bu barədə dəfələrlə yazılıb, efirlərdə müzakirələr açılıb, xəstələrdən nümunələr gətirilib. Lakin aparılan bu qədər maarifləndirci tədbirlərə baxmayaraq narkomaniya bir bəla, xəstəlik kimi hər gün can almaqda davam edir.
Narkoman narkotik maddə tapa bilmədikdə kəskin ağrılar başlayır və o, buna tap gətirə bilmir. Bu, narkomanlara sanki bütün bədən sümüklərini bir-bir sındırırlar şəklində ağrı verir. Nəticədə məcbur qalıb əli əyriliyə, oğurluğa, borc alıb verməməyə, bir sözlə, bir qram narkotika almaq üçün ağıla gələ biləcək və gələ bilməyəcək yollara əl atırlar. Bu hal kasıb və orta yaşam tərzi olan iradəsiz insanlar üçün daha da faciəlidir.
Varlılar, daha imkanlılar üçün narkotikanı almaq problem deyil, amma onun törətdiyi xəstəlikləri yaşamaq, əzab çəkmək iztirabdır.
Narkomaniya “ağ ölümdür”, həyatdan üz çevirməkdir. “Narkomaniya” və “ölüm” sözləri bu gün normal insanların təsəvvüründə sinonim sözlərə çevrilib.
ASPERA Psixoloji Yardım və Nitq İnkisaf Mərkəzinin rəhbəri, psixoloq Rafiq Allahverdiyev hesab edir ki, erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 30-40 il olur: “Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 10-15 nəfəri də narkomanlığa cəlb edə bilər. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Bu bəla ilə mübarizə aparmaq bir o qədər asan deyil”.
Psixoloqun fikrincə, narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər: “Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar. Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaşxaş, tiryək, marixuana, heroin, kokain və s.-dir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir. Bunlar xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir. Narkotiklərdən asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir”.
Yuxarıda qeyd etdiyimiz kimi, narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına da səbəb olur. Belə ki, narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çox olur. Narkotik maddə alverçiləri heroin və kokaini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkər diabeti tez inkişaf edir. Əgər “xalis mal”, yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar. Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş beyin zədələnə və bununla da yaşaya-yaşaya şikəstlik əmələ gələ bilər. Belə halda adam düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu vəziyyət illərlə davam edə bilər.
Narkotik maddələrlə ticarət böyük gəlir gətirir. Milyard dollarlarla qazanc əldə edən cinayətkarlar üçün bacardıqca daha çox adamı “iynəyə oturtmaq”, daha çox gəncləri və uşaqları narkomaniyaya sövq etmək sərfəli işdir. Bir az “yüngül” narkotiklərdən başlayan insan tez bir zamanda çox təsiredici narkotiklərə alışır və müalicəsi mümkün olmayan xəstəliyə mübtəla olur.
Bəs müasir dünyamızda narkomaniyanın bu qədər geniş yayıla bilməsinə səbəb nədir?
Məlumata görə, 1960-cı illərdə “gənclik inqilabı” adlanan dövrdə gənc sənət adamları arasında narkotik maddələrin qəbulu dəbə düşüb və hətta özünəməxsus həyat tərzinə çevrilib. Onlar bunu ictimaiyyətdən gizlətmir, bəzən sənət uğurlarını narkotik maddənin qəbulu ilə əlaqələndirirdilər. Bu sənətçilərin pərəstişkarları onların həyat tərzini təqlid edərək narkotik maddə qəbul edirdilər. Bu nəsildən olan bir çoxları belə məst olmaqla günlərini, həyatlarını başa vururdular.
Tanınmış adamların arasında da narkomaniyanın qurbanları çox olub. Azərbaycanın tanınmışları da bu bəladan yaxa qurtara bilməyiblər. Reper Hüseyn Dərya, meyxanaçı Aydın Xırdalanlı da elə məhz bu xəstəliyin qurbanı olublar.
Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr, o cümlədən Azərbaycan “Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edib. Bura təhsil ocaqlarında, hüquq-mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, həmçinin internet şəbəkəsi vasitəsilə aparılır.
Qeyd edək ki, narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib.
Bu günlərdə şəhərimizin küçə və prospektlərində narkomaniyaya qarşı müxtəlif afişlər quraşıdırlır.
L. HÜSEYN
Bu yazı “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihə çərçivəsində çap olunur.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:52
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
Bu gün, 16:32
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Bu gün, 15:40
Bakıda iş yerində yıxılan qadın ölüb
Bu gün, 15:33
Beyləqanda ər arvadını bıçaqlayıb
Bu gün, 15:04
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
Bu gün, 13:09
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
Bu gün, 12:47
Sabah yağış yağacaq
Bu gün, 12:24
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
Dünən, 16:02
Bakı metrosunda iş rejimi uzadılıb
Dünən, 15:30
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
Dünən, 13:44
"Azərpoçt"un adından saxta mesajlar yayılır
Dünən, 12:47
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
Dünən, 12:18
Daşkəsən sakini 12 kq narkotiklə tutulub
16-09-2025, 21:03
Sumqayıtda yaşayış binasında yanğın olub
16-09-2025, 17:08
Sabah leysan yağacaq - Xəbərdarlıq
16-09-2025, 16:35
Zaqatala sakini bağında döyülüb
16-09-2025, 13:27
Sabah yağış yağacaq
16-09-2025, 12:39
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
16-09-2025, 12:05
Məleykə Abbaszadə: "İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir"
16-09-2025, 10:05
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır
16-09-2025, 09:49
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
16-09-2025, 09:40
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verib
16-09-2025, 08:06
Dini liderlər Astanada toplaşıb
15-09-2025, 16:52
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
15-09-2025, 16:39
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
15-09-2025, 15:00
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
15-09-2025, 13:13
Masazırda 57 yaşlı kişini "tok" vurub
15-09-2025, 12:58
Sabah yağış yağacaq - Proqnoz
15-09-2025, 10:28
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
15-09-2025, 09:14
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
15-09-2025, 08:13
Çində uçan naməlum obyekt vurulub?
14-09-2025, 13:22
Sabah yağış yağacaq
13-09-2025, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb