23:24 / 30-06-2025
Rus İcmasının Mədəniyyət Mərkəzi bağlanıb?
21:03 / 30-06-2025
Rusiyada öldürülən qardaşların cənazəsi Azərbaycana gətirilib - (Yenilənib)
18:51 / 30-06-2025
İran liderinin müşavirini öldürmək istəyiblər
18:44 / 30-06-2025
Aİ rəsmisi: "Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq..."
18:38 / 30-06-2025
Tramp mütəffiqlərin təklifinə əhəmiyyət vermir
18:03 / 30-06-2025
Daha 17 qanuna dəyişiklik edəcəklər
17:57 / 30-06-2025
Bakıda əməliyyat: FTX-nın iki əməkdaşı saxlanılıb - (Yenilənib) - Fotolar
17:51 / 30-06-2025
Azərbaycanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
17:45 / 30-06-2025
Bəylər Eyyubov yeni vəzifəyə təyin olunub
17:34 / 30-06-2025
Şuşada biznes forum keçiriləcək
17:18 / 30-06-2025
Ukraynalı nazir slovakiyalı həmkarının təklifini qəbul etmir
17:11 / 30-06-2025
İşçi qrupun ştat və xidməti maşınlarının sayı artırılıb
17:03 / 30-06-2025
Beş ölkədən Azərbayacana quş əti idxalına məhdudiyyət qoyulub
16:51 / 30-06-2025
Ersin Tatar Azərbaycana gəlir
16:46 / 30-06-2025
Ərdoğan Azərbaycana səfər edəcək
16:27 / 30-06-2025
Şahın atom bombası istəyi: ABŞ bunun qarşısını necə alıb?
16:10 / 30-06-2025
İyul ayının hava proqnozu açıqlanıb
16:02 / 30-06-2025
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
15:20 / 30-06-2025
Dərmanların qiyməti yenidən tənzimlənib
15:08 / 30-06-2025
Professor: Şovinizm Rusiyanı uçuruma aparır
14:52 / 30-06-2025
Mənsum İbrahimov: Teatrımızın səhnəsinə yeni Məcnunlar gəlir - Foto
14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
14:15 / 30-06-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
13:53 / 30-06-2025
Tramp İranın iddiaları ilə razılaşmır
13:45 / 30-06-2025
Qarabağa səfərlər müvəqqəti dayandırılıb
13:43 / 30-06-2025
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
13:24 / 30-06-2025
"Azərbaycanfilm"dəki partlayışla bağlı cinayət işi açılıb
13:15 / 30-06-2025
Sabahın hava proqnozu açıqlanıb
13:13 / 30-06-2025
Mirzoyan Lavrova xəbərdarlıq edib
13:01 / 30-06-2025
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
09:25 / 26-06-2025

08:51 / 26-06-2025

16:17 / 26-06-2025

13:16 / 29-06-2025

18:04 / 26-06-2025

00:00 / 26-06-2025

12:57 / 27-06-2025

00:02 / 27-06-2025

08:55 / 28-06-2025

00:01 / 28-06-2025

16:30 / 26-06-2025

12:14 / 26-06-2025

Məhkəmə hakimindən Ramiz Rzayevə şikayət ediblər - Müraciət
Tarix: 23-07-2019 13:45 | Bölmə: Cəmiyyət

Bir müddət əvvəl Azərbaycanın 35 ziyalısı ölkə rəhbərliyinə müraciət edərək məhkəmədə haqsızlıqla üzləşmiş Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpasını xahiş etmişdilər.
Daha sonra ziyalıların müdafiə etdiyi Sakin Abdulhüseyin oğlu Ağayev də Prezident İlham Əliyevə müraciət ünvanlamışdı. S. Ağayev haqsızlıqla üzləşdiyini iddia edirdi. S. Ağayev bu dəfə eyni məzmunlu müraciəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə ünvanlayıb:
“Cənab sədr,
Sizin rəhbərlik etdiyiniz məhkəmələr tərəfindən bizim ailənin başına gətirilən müsibətlərdən və haqsızlıqlardan xəbəriniz olduğuna əmin olsam da (ən azı bundan qabaq Sizə ünvanladığımız müraciətlərdən), hər ehtimala qarşı bu işə dair bəzi məqamları bir də, qısa da olsa xatırladaraq əsas mətləbə keçmək istəyirəm.
Bildiyiniz kimi, artıq Sizin də tanıdığınız Fikrət İbrahimov adlı biri etibarımızdan sui-istifadə edərək bizi aldatmaqla həyat yoldaşım Rəhimli Vüsalə Mahmud qızının hal-hazırda yaşadığı Qazaxıstan Respublikasındakı əmlakını mənimsəyərək qaçıb. Azərbaycanda gizləndiyinə görə həyat yoldaşım ona dəymiş ziyanın ödənilməsi üçün qanunauyğun şəkildə məhkəməyə müraciət etmişdir.
Qazaxstan Respublikasındakı məhkəmə çəkişməsində F. İbrahimov hər bir yolla, yəni yalan ifadələr verərək məhkəməni aldatmaqla, məhkəmə hakimlərini ələ almaqla və digər çirkin yollarla cavabdehlikdən qaçmağa çalışsa da, buna nail ola bilməmişdir.
Qazaxıstan Respublikasında açıq məhkəmə çəkişməsində Fikrət Vəli oğlu İbrahimovun fırıldaqçılığı sübuta yetirilmiş və onun Rəhimli Vüsalə Mahmud qızına borclu olduğuna dair müvafiq Qətnamə qəbul edilmişdir.
Lakin F. İbrahimov Qazaxıstan Respublikası Məhkəməsinin qərarı ilə sözügedən borcun tutulub Rəhimli Vüsalə Mahmud qızına ödənməsi barədə məhkəmə çəkişməsində uduzacağını hiss edən kimi, qanuni məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün növbəti fırıldaqlara və saxtakarlıqlara əl atmaq qərarına gəlir. Öz çirkin niyyətini həyata keçirmək üçün o nəyin bahasına olursa-olsun ilk növbədə özü kimi birisini, bu qanunsuzluqları həyata keçirməyi üzərinə götürən bir məhkəmə hakimi tapmaq qərarına gəlir. Bu məqsədlə o, həmin vaxt Pirallahı Rayon Məhkəməsinin hakimi, tanışı Əkrəm Qəhrəmanov ilə cinayət əlaqəsinə girərək mənə və ailə üzvlərimə qarşı tərəflərin heç birinə (yəni nə mənə, nə mənim ailə üzvlərimə, nə də bu fırıldaqçı Fikrət İbrahimovun özünə) aidiyyatı olmayan Pirallahı Rayon Məhkəməsində saxta məhkəmə prosesi açmaq barəsində sövdələşirlər.
İşə məhz Ə. Qəhrəmanovun olduğu Pirallahı Rayon Məhkəməsində baxılmasını əsaslandırmaq üçün Ə. Qəhrəmanov F. İbrahimova cavabdeh qismində Pirallahı rayonunda qeydiyyatda olduğunu güman etdiyi daha bir nəfəri - tanımadığımız Novruzov Abuzər Novruz oğlu adında birini də qoşmağı tövsiyə edir. A. Novruzov iddia ərizəsinə guya “İddiaçıya cavabdehin telefon nömrəsini verdiyinə görə” adı ilə əlavə edilsə də, iddiaçı tərəfindən ona qarşı hər hansı bir tələb yönəldilməmiş və məhkəmə tərəfindən onun məhkəmə prosesində iştirakı təmin edilməmişdir.
Yəni, iddianın inzibati-iqtisad məhkəməsində deyil, məhz Pirallahı Rayon Məhkəməsində baxılması üçün iddia ərizəsində formal olaraq cavabdeh qismində göstərilən A. Novruzov da heç Pirallahı rayonunda qeydiyyatda deyilmiş. Sonrakı araşdırmalarda isə A. Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığı barədə Pirallahı Rayon Polis İdarəsinə təqdim etdiyi izahatda göstərir. A. Novruzovun heç bu fırıldaqçı F. İbrahimovla da tanışlığının olmaması isə iddia ərzəsinə onun adının məhz hakim Ə. Qəhrəmanovun tövsiyəsi ilə salınması faktını bir daha sübut edir. Bu isə məhkəmə hakimi adını daşıyan bir şəxsin fırıldaqçı ilə cinayət əlaqəsinə girərək ona ortaqlıq etdiyini təsdiqləyir.
Beləliklə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu fırıldaqçılığı açıq məhkəmə çəkişməsində sübuta yetirilən İbrahimov Fikrət Vəli oğlunun sifarişi ilə, aidiyyat prinsipini pozaraq iddiaçı və cavabdehlərin heç birinə aidiyyatı olmayan məhkəmədə, heç bir əsası olmayan iddia əsasında gizli şəkildə qurama məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən, iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanan saxta «müqaviləyə» hüquqi sənəd kimi istinad etməklə 26.07.2017-ci il tarixdə mənə və ailə üzvlərimə qarşı qanunsuz 2(094)-396/2017 saylı absurd və heç bir məntiqə sığmayan Qətnamə qəbul edir. Bununla da o bizim ailənin başına gətiriləcək faciələrin başlanğıcını qoyur!
Bu qətnamədən mən ancaq altı ay sonra təsadüf nəticəsində xəbər tuturam. İş materialları ilə tanış olanda isə bu qanunsuzluqların, haqsızlıqların və saxtakarlıqların ədalət məhkəməsi hakimi adlandırılan birisi tərəfindən verilməsinə inana bilmirəm! Ancaq əfsuslar olsun ki, bu həqiqət imiş. Hüquqşünaslar daxil olmaqla iş materialları ilə tanış olan hər bir kəs, ölkəmizdə hakimlər tərəfindən edilən bir çox ədalətsizliklərlə rastlaşdıqlarını, lakin bu işdə məhkəmə hakimi tərəfindən həyasızcasına törədilən açıq-aşkar saxtakarlıqlara və özbaşınalıqlarla ilk dəfə rastlaşdıqlarını qeyd edirlər. Yəni, bir fırıldaqçının əlində alətə çevrilmiş və öz şəxsi maraqları naminə hər bir əskikliyə razı olan, bu cür saxtakarlıqlara imza atmaqla qanunları aşkarcasına ayaq altına atan birisi hansı haqla hakim adını daşıya bilir?!
Görəsən, bu Ə. Qəhrəmanov nəyə arxalanaraq qanunları bu cür tapdalayır? Bəs bu saxtakarlıqların açıq-aşkar ortalıqda olduğu halda nə üçün ölkəmizin adına ləkə gətirən bu qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılır? Birtərəfli qaydada imzalanan kağız parçasına necə «müqavilə» adı ilə hüquqi sənəd kimi istinad edilə bilər?
İddiaçı və cavabdehlərin heç birinin Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı halda Pirallahı Rayon Məhkəməsi bu işi necə icraata qəbul edir? Əgər mübahisə iki hüquqi şəxs arasındadırsa bu işə qanunla inzibati-iqtisad məhkəməsində baxılması tələb olunduğu halda, hansı əsasla bu işə Pirallahı Rayon Məhkəməsində baxılır? Məhkəmə tərəfindən aidiyyat prinsipi bu cür açıq-aşkar necə pozula bilər? “İddiaçıya guya cavabdehin telefon nömrəsini verdiyi üçün” iddia ərizəsində cavabdeh qismində göstərilmiş A. Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığı barədə Pirallahı RPİ verdiyi izahatının ortalıqda olduğu halda niyə bu saxtakarlıqlara son qoyularaq ədalət bərqərar olunmur? Niyə məhkəmə prosesi cavabdehlərin heç birini məhkəmədə iştirakı təmin edilmədən gizlin şəkildə keçirilir? Niyə Ali Məhkəmə tərəfindən bu biabırçılıqlara göz yumulur? Niyə Ali Məhkəmə bu qanunsuz qətnaməni müdafiə edir və ən əsası, niyə bu işin Ali Məhkəmənin Plenumuna çıxarılması məsələsini aylarla uzadır?
Qazaxıstan Respublikası Manqistau Vilayət Məhkəməsinin İbrahimov Fikrət Vəli oğlunun Rəhimli Vüsalə Mahmud qızına borcunu təsdiqləyən qanuni Qətnaməsini tanımalı olduğu halda, nəyə görə Ali Məhkəmə rəhbərliyi Qazaxıstan və Azərbaycan respublikaları arasında bağlanmış hüquqi yardım haqqında müqavilənin tələblərinə zidd olaraq bu Qətnaməni əsassız və qanunsuz olaraq təftiş edir və tanınmasından heç bir əsas göstərilmədən imtina edir? Niyə ayrı-ayrı şəxslərin və fırıldaqçılığı açıq məhkəmə çəkişməsində sübuta yetirilən, lakin mötəbər bir şəxsin yaxın qohumu olduğu üçün F. İbrahimovun çirkin maraqları, ölkə qanunlarından və həmçinin beynəlxalq hüquq normaları və qanunlarından üstün tutulur?
Niyə hətta möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların daha da dərinləşdirilməsinə dair verdiyi fərmandan sonra da bu ədalətsizliklərə və qanunsuzluqlara son qoyulmur?
Artıq bir ilə yaxındır ki, fırıldaqçı F. İbrahimovun sifarişi ilə Sizin rəhbərlik etdiyiniz məhkəmələr tərəfindən mənim və ailə üzvlərimin başına olmazın faciələr gətirilir. Bu saxta məhkəmə qətnamələri icraya yönəldilərək bizə zülm edilir, borclu kimi ölkə hüdudlarından qırağa çıxmağa qadağalar tətbiq olunur. Niyə öz vətəndaşlarımıza, indiyə qədər heç kimin haqqına girməyən, illər boyu öz xalqına və ölkəsinə vicdanla qulluq edən, millətini, dövlətini sevərək onları ölkə hüdudlarından kənarda da layiqincə tərənnüm edən bir ziyalıya, elmlər doktoru və iş adamına, həmçinin onun ailəsinə qarşı bu qədər haqsızlıqlar törədilməlidir? Bir fırıldaqçının sifarişi ilə təqsiri olmayan insanlara qarşı bu qədər haqsızlıqların törədilməsini Siz necə qəbul edirsiniz?
Biz başqa bir şey istəmirik, ancaq öz Konstitusiya haqlarımızı tələb edərək, bu işin qanunauyğun şəkildə Ali Məhkəmə Plenumuna çıxarılıb baxılmasını və ədalətli qərar qəbul edilməsini istəyirik! Əgər bizim bir təqsirimiz aşkarlansa, ona görə cəzamızı çəkməyə hazırıq. Əks təqdirdə bizim bu haqsızlıqlarla barışmaq fikrimiz yoxdur və ədalət öz yerini tutana qədər mübarizə apararaq, F. İbrahimov tipli fırıldaqçıları, ona havadarlıq edən saxtakar və rüşvətxorları ifşa edəcəyik!
Hörmətlə, Ağayev Sakin Abdulhüseyn oğlu,
Heç bir səbəb olmadan Azərbaycan məhkəmələri tərəfindən zülmə məruz qalan ailənin nümayəndəsi
Əlaqə telefonu: 012 490 29 13, mob. 050 213 13 04.
Ünvan: Bakı şəh., İnşaatçılar pr-ti, ev 4a, mənzil 41”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:10
İyul ayının hava proqnozu açıqlanıb
Bu gün, 13:15
Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 12:55
Məhkəmə hüquq müdafiəçisi ilə bağlı qərar verib
Bu gün, 10:12
Dinozavr skleti 6 milyon dollara hərraca çıxarılacaq
Bu gün, 09:27
Hacıqabulda qəza: ölən və xəsarət alan var
Bu gün, 08:23
Yanğınsöndürənləri atəşə tutublar
28-06-2025, 08:32
Beş ay əvvəl Kürdə batan şəxsin meyiti tapılıb
27-06-2025, 12:57
Prokurorluq Bakıdakı partlayış hadisəsini araşdırır
27-06-2025, 00:25
"Azərbaycanfilm"in ərazisindəki yanğın söndürülüb - (Yenilənib)
27-06-2025, 00:02
Emil Mehtiyev idarə rəisi təyin olunub
26-06-2025, 18:04
Narkotik satan ata və oğlu tutulub
26-06-2025, 16:30
Azərbaycandakı dinlərarası harmoniya Tolerantlıq Evində müzakirə olunub
26-06-2025, 13:15
Sabahın hava proqnozu açıqlanıb
25-06-2025, 22:36
MÜTDA: "7 müəllimin nəticəsi ləğv ediləcək"
25-06-2025, 18:00
Beynəlxalq axtarışa verilmiş şəxsi Rusiyaya təhvil verilib
25-06-2025, 17:44
“Azəriqaz”ın baş direktoruna müavin təyin olunub
25-06-2025, 16:45
Bakıda əməliyyat: saxlanılanlar var - Video
25-06-2025, 16:39
Toy karvanında "avtoş"luq edən sürücülər saxlanılıb
25-06-2025, 15:29
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
25-06-2025, 12:33
Bakıda minik maşını “KamAZ”la toqquşub - İki qadın xəsarət alıb
25-06-2025, 12:26
Qadınlara qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
25-06-2025, 12:03
İrandan daha 15 əcnəbi Azərbaycana təxliyə olunub
25-06-2025, 11:53
Vətəndaşları aldadan şəxs tutulub
25-06-2025, 11:50
Sabah hava necə olacaq? - Proqnoz
25-06-2025, 11:05
İran generalların və nüvə alimlərinin dəfninə hazırlaşır
25-06-2025, 10:29
Qazilərə iki aydır dərmanlar verilmir
25-06-2025, 10:01
Məhkəmələrdə kargüzarlığın aparılması qaydası təsdiqlənib
25-06-2025, 08:27
Üç mindən çox avtomobili daşıyan gəmi üç həftə yandıqdan sonra batıb
25-06-2025, 07:46
ABŞ-da vəzifəli şəxslərə WhatsApp-dan istifadə qadağan edilib
24-06-2025, 18:01
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
24-06-2025, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
24-06-2025, 16:02
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
24-06-2025, 15:28
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
24-06-2025, 12:39
Sabah hava necə olacaq? - Proqnoz
24-06-2025, 11:36
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
24-06-2025, 11:30
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
24-06-2025, 10:20
Bakıda nişan mərasimində dava: 3 nəfər tutulub - Video
24-06-2025, 09:57
Əhməd Orucun oğlunun ölümü ilə bağlı yeni məlumatlar yayılıb
24-06-2025, 09:45
Məktəb direktoru şagirdlərdən polisə şikayət edib
24-06-2025, 08:09
Şahzadə Uilyam tacdan imtina edə bilər
23-06-2025, 17:43
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
23-06-2025, 16:03
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
23-06-2025, 15:03
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
23-06-2025, 12:46
Sabah hava necə olacaq? - Proqnoz
23-06-2025, 12:24
Qarabağ zonasında daha 1420.9 hektar ərazi minalardan təmizlənib
23-06-2025, 10:31
DİN: "Şəxsi bank kartı məlumatlarını baqşası ilə paylaşmaq olmaz"
23-06-2025, 08:46
Sevil Əliyevanın oğlu məşhur diktorun nəvəsi ilə ailə qurub