18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
ATƏT nümayəndələri cəbhədə monitorinq keçirdi
Tarix: 25-07-2019 13:33 | Bölmə: Cəmiyyət
ATƏT nümayəndələri cəbhədə monitorinq keçirdi

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirib.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru aparıblar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər