Xəzərə düşən “Miq-29” təyyarəsi tapılıb?
Tarix: 26-07-2019 00:55 | Bölmə: Cəmiyyət
Xəzərə düşən “Miq-29” təyyarəsi tapılıb?

Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “Miq-29” təyyarəsi tapılıb.

Reyting.az
-ın məlumatına görə, bunu “Qafqazinfo”ya açıqlamasında təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli bildirib.

Q. Hüseynlinin sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: “Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.

Pilotun taleyi ilə bağlı heç nə məlum deyil.

Onu da qeyd edək ki, təyyarənin tapılması hələlik rəsmi səviyyədə təsdiqlənməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}