08:41 / 11-12-2024
Dmitri Medvedev Pekindədir
Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb
Tarix: 29-07-2019 10:36 | Bölmə: Cəmiyyət
Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

2019/2020-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.

Dövlət İmtahan Mərkəzindən Reyting.az-a verilən məlumata görə, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri iyulun 29-dan avqustun 16-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər.

- Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;

- Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086);

- “Abituriyentin elektron ərizəsi”.

Qeyd edək ki, cari ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il 28 aprel tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq.

Müsabiqədə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır.




Bölməyə aid digər xəbərlər
8-12-2024, 12:29 Sabah yağış yağacaq
7-12-2024, 12:34 Sabah yağış yağacaq
6-12-2024, 12:29 Sabah yağış yağacaq

bütün xəbərlər