18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Osmanlı əleyhinə casusluq etmiş azərbaycanlı – Mehdiqulu Şirvani
Tarix: 06-08-2019 11:00 | Bölmə: Cəmiyyət
Osmanlı əleyhinə casusluq etmiş azərbaycanlı – Mehdiqulu Şirvani

Türkiyədə “Sərhəddəki casus – Osmanlı torpaqlarında qafqazlı Rusiya xəfiyyəsi Mehdiqulu Şirvani” adlı yeni kitab nəşr olunub.

Reyting.az
“Tvitter”ə istinadla xəbər verir ki, araşdırmaçı Əhməd Yükselin Osmanlı Arxivinə əsaslanan sənədli əsərində Bağdadda yaşayan Mehdiqulu adlı Rusiya təbəəsi və Birinci Dünya müharibəsi dövründə casus olduğu üçün Sivasa sürgün edilən şəxsdən söhbət açılır.

Professor Yüksel həyatı 19-cu əsrdə Azərbaycanın Şirvan bölgəsində başlayan, İraqdakı Kazimeyndən Nəcəfə, oradan da Səmərrə, Urfaya və Kayseriyə, nəhayət, İstanbula çıxmış personajın taleyini araşdırıb.

“Gizli təşkilatlar” seriyasından olan kitabları ilə tanınan araşdırmaçı tarixin bilinməyən həqiqətlərini aşkarlamaqla ədəbiyyata ciddi töhfə verib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər