18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Xəzərdə 4 nəfərin batması ilə əlaqədar cinayət işi açılıb
Tarix: 12-08-2019 11:52 | Bölmə: Cəmiyyət
Xəzərdə 4 nəfərin batması ilə əlaqədar cinayət işi açılıb

Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində Xəzər dənizinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində 4 nəfərin batması ilə əlaqədar cinayət işi açılıb.

Bakı Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub, iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, avqustun 10-da həmin ərazidə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı batıb.

M. Cəfərovanın, Ə. Cəfərovun və L. Cəfərzadənin cəsədləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z. Cəfərzadənin isə axtarışları davam etdirilib və avqustun 12-də tapılıb.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər